79 yaşlı Haşim 19 iyulda ölkənin cənubunda ən-Nasiriyyə şəhərindəki “Əl-Hut” həbsxanasından ölüb.
Rasthaber Azərbaycan az.shafaqna.com-a istinadən xəbər verir ki, İraqın Səddam Hüseyn dövrünün son müdafiə naziri Sultan Haşim ürək tutmasından ölüb.
İraqlı rəsmi bildirib ki, 79 yaşlı Haşim 19 iyulda ölkənin cənubunda ən-Nasiriyyə şəhərindəki “Əl-Hut” həbsxanasından ölüb.
Eks-nazir son illər xroniki xəstəliklərdən əziyyət çəkirdi.
Xatırladaq ki, Haşim İraqın 1980-ci ildən başlayaraq apardığı bütün müharibələrdə iştirak edib: İraq-İran, 1-ci və 2-ci Fars körfəzi müharibələri.
O, 2003-cü ildə ABŞ qoşunlarına təslim olub. 2007-ci ildə barəsində edam hökmü çıxarılsa da, qərar icra edilməyib.