Bu barədə İraq maliyyə naziri Əli Ələvi bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, İraq hökuməti ölkədən qanunsuz şəkildə xaric edilmiş 200 milyard dolları, o cümlədən də devrilərək edam edilmiş Səddam Hüseynin mənimsədiyi pullar və malları da geri qaytarmağa çalışır.
Bu barədə İraq maliyyə naziri Əli Ələvi bildirib.
Onun sözlərinə görə, “vaxtı ilə İraqdan qaçaqmalçılıq yolu ilə 150-200 milyard dollar çıxarılıb və onlardan da yalnız 5%-i keçmiş (Səddam) rejiminin pullarıdır”.
“Həmin pullar xaricdə nə qədər çox qalırsa, bir o qədər çox sızıntı baş verir. Biz digər ölkələr və beynəlxalq məhkəmələrlə qarşılıqlı əlaqədə olmalıyıq ki, onları geri qaytaraq. Bu isə olduqca çətin məsələdir”, – deyə o qeyd edib.
Əli Ələvi deyib ki, Livan Mərkəzi Bankı daha öncə rəsmi Bağdada bildirib ki, zamanında İraqdan çıxarılmış 20 milyard dollar izsiz-soraqsız şəkildə yoxa çıxıb.
Nazir qeyd edib ki, sözügedən vəsaitlər ölkənin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ciddi dayaq, yardım ola bilər və xüsusilə də, büdcə kəsrinin qapadılması və iqtisadi islahatların keçirilməsi üçün istifadə edilə bilər.