Suriya prezidenti Bəşər Əsəd İranın Ali lideri Ayətullah Xameneiyə məktub göndərib
Rasthaber Azərbaycan İslamazeri.com-a istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd İranın Ali lideri Ayətullah Xameneiyə İnqilab Keşikçilər Korpusunun "Qüds"briqadasının komandiri general Qasim Süleymaninin ABŞ tərəfindən qətlə yetirilməsi ilə bağlı məktub göndərib.
"Öz və Suriya xalqı adından İran xalqı ilə həmrəyliyini ifadə edib və ölənlərin ailələrinə başsağlığı bildirib", - deyə Suriya prezident administrasiyasından qeyd edilib.
Əsəd "görkəmli generalın həyatını itirməsinin müqavimət oxunu ABŞ-ın regiondakı dağıdıcı siyasəti ilə mübarizədə daha da birləşdirəcəyinə" öz əminliyini dilə gətirib.
O əlavə edib ki, Suriya xalqı heç zaman Süleymaninin terrorçuluqla mübarizədə Suriya ordusuna verdiyi töhfəni heç zaman unutmayacaq.