Hindistanın xarici işlər nazirini qəbul edən Suriya prezidenti Şərqə istiqamətlənməni Dəməşqin strateji siyasəti kimi qiymətləndirib və bildirib ki, Qərbin Asiya ölkələrinə nəzarət etməsinin yeganə yolu bu ölkələr arasında fikir ayrılığı yaratmaqdır.
Bu məsələ iqtisadi və siyasi məsələlərlə bağlı deyil, Şərqin formalaşdığı dəyər və prinsiplərə əsaslanır.
Hindistanın Şərqin əsas hissəsi hesab edildiyini bildirən Əsəd deyib: "Suriya ilə Hindistan arasındakı əlaqələr dərin və tarixidir.
Suriya Hindistanın Suriyaya qarşı müharibə ilə bağlı prinsipial mövqelərini yüksək qiymətləndirir."