Əsəd ilə BƏƏ-nin vəliəhd şahzadəsi telefonla danışıb

Əsəd ilə BƏƏ-nin vəliəhd şahzadəsi telefonla danışıb

Əsəd BƏƏ-nin Vəliəhdi Əl-Nəhyan telefonla danışıb

Rasthaber Azərbaycan xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyan ilə telefonla danışıb.

Bu haqda Suriyanın rəsmi xəbər agentliyi olan SANA məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Suriya Prezidenti Bəşər Əsəd BƏƏ-nin vəliəhd şahzadəsi və eyni zamanda BƏƏ Ordusunun Ali Baş komandanının müavini Məhəmməd bin Zayed Əl-Nəhyanla koronavirusla bağlı telefonla danışıb.

Vəliəhd şahzadə bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Suriya xalqını bu cür kritik vəziyyətdə tək qoyan deyil.

Xəbəri paylaş

VİDEOLAR