“Saudi Aramco” gələn aydan neft hasilatını azaldacaq

“Saudi Aramco” gələn aydan neft hasilatını azaldacaq

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkəti gələn aydan hasilatını azaldacaq.

“Saudi Aramco” mayın 1-dən etibarən neft istehsalını gündəlik 8,5 milyon barrelə endirəcək.

Qeyd edək ki, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

Azertac

Xəbəri paylaş

VİDEOLAR