Şanxay əməkdaşlıq təşkilatı bir bəyanatda İranın müdafiə sənayesi və nüvə sahəsi üzrə alimi doktor Möhsin Fəxrizadənin terror edilməsini pisləyib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bəyanatda deyilir: "Şanxay əməkdaşlıq təşkilatı regionda sülhü səbatsızlaşdıran bütün hərəkətləri, həmçinin terrorizmi onun hər bir formasında qətiyyətlə pisləyir".
Bu təşkilatın bildirdiyinə görə, bu cür hərəkətlər nəinki bütün beynəlxalq qanunlara və hökumətlərarası münasibət normalarına ziddir, həm də həssas bir bölgədə sülh və stabilliyi təhdid edir.
Şanxay əməkdaşlıq təşkilatı ümid etdiyini bildiribdir ki, bu qorxaqcasına hücumun amilləri aşkar edilərək, mühakimə olunacaqlar.