Salyanda baş verən qəzada bir ailənin 2 üzvü ölüb

Salyanda baş verən qəzada bir ailənin 2 üzvü ölüb

Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Rasthaber Azərbaycan xəbər verir ki, Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Noxudlu kəndi ərazisində qeydə alınıb. "Mitsubishi" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində maşında olan bir ailənin 5 üzvü - Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan Z.Məmmədova və T. Məmmədova xəstəxanada ölüblər.

Faktla bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş

VİDEOLAR