Şagirdləri qaçıran Nigeriya silahlılarının düşərgəsi məhv edildi

Şagirdləri qaçıran Nigeriya silahlılarının düşərgəsi məhv edildi

Keçən il Kaduna əyalətində silahlıların təşkil etdiyi hücumlarda 937 nəfər həyatını itirib, 1972 nəfər qaçırılıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Nigeriyanın Kaduna əyalətində həyata keçirilən əməliyyat nəticəsində şagirdləri qaçıran silahlı dəstənin qaldığı düşərgə bombalanıb, çox sayda dəstə üzvü öldürülüb.

Ölkədə ordunun vilayətin Mando bölgəsindəki Federal Meşə Mexanizasiyası Kollecində qaçırılan 39 şagirdi xilas etmək üçün əməliyyat həyata keçirilib. 
Qaçırılan 39 şagirdin tapılması üçün xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib.

12 martda Federal Meşə Mexanizasiyası Kollecinə edilən hücumda qaçırılan 210 nəfərdən, aralarında 42 qız və 8 müəllim olmaqla 180 nəfər xilas edilmişdi.

Keçən il Kaduna əyalətində silahlıların təşkil etdiyi hücumlarda 937 nəfər həyatını itirib, 1972 nəfər qaçırılıb.
Digər tərəfdən, Nigeriyanın Sokoto şəhərindəki bir məktəbdə "naməlum xəstəlik" səbəbiylə 30 şagird xəstəxanaya yerləşdirilib.

Xəbəri paylaş

VİDEOLAR