Finlandiyanın sabiq prezidenti koronavirusa yoluxub
Finlandiyanın sabiq prezidenti Martti Ahtisaari koronavirusa yoluxub.
Rasthaber Azərbaycan Trend-ə istinadən məlumatına görə, bunu ölkə prezidentinin işlər idarəsi bildirib.
82 yaşlı sabiq prezidentin özünü yaxşı hiss etdiyi deyilir.
Bundan əvvəl, onun həyat yoldaşı Eeva Ahtisaaridə koronavirus aşkar olunmuşdu.
Qeyd edək ki, M.Ahtisaari 1994-2000-ci illərdə Finlandiya prezidenti olub. 2008-ci ildə Nobel sülh mükafatına layiq görülüb.