Sabiq müdafiə naziri: İsrail tarixinin ən pis böhranı ilə üz-üzədir

Sabiq müdafiə naziri: İsrail tarixinin ən pis böhranı ilə üz-üzədir

İşğalçı İsrailin sabiq müdafiə naziri Moşe Yaalon çərşənbə axşamı günü verdiyi açıqlamada xəbərdarlıq edərək bildirib ki, sionist rejim yarandığı gündən bəri özünün ən ağır böhranını yaşayır.

Az.rasthaber.com xəbər verir ki, İşğalçı İsrailin sabiq müdafiə naziri Moşe Yaalon sionist rejimin yarandığı gündən bəri ən pis böhranla üzləşdiyi barədə xəbərdarlıq edib. O, çıxışına davam edərək deyib: “Netanyahu öz siyasi fəaliyyətini qorumaq üçün Qəzzada saxlanılan girovları qurban verməyə hazırdır".

Bu bəyanatlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bazar ertəsi günü Qəzzada dərhal atəşkəs elan edilməsi barədə qərar çıxarmasından sonra səsləndirilib. Amerika hədələmişdi ki, qətnamə layihəsinin mətni dəyişdirilməsə və “daimi atəşkəs” ifadəsi “atəşkəs”lə dəyişdirilməsə, bu qətnaməyə veto qoyacaq. Nəhayət, düzəlişlər edildikdən sonra bu qətnamə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 14 üzvünün müsbət səsi və ABŞ-ın bitərəf qalması ilə təsdiqləndi.

Qeyd edək ki, işğalçı İsrail rejimi Amerikanın bu qətnaməyə qarşı çıxmaması səbəbindən ABŞ-a sərt şəkildə etiraz edib.

Xəbəri paylaş

VİDEOLAR