Sabiq CİA rəsmisi: Süleymani sui-qəsdi Qüds briqadasını gücləndirdi

Sabiq CİA rəsmisi: Süleymani sui-qəsdi Qüds briqadasını gücləndirdi

İA-nın sabiq rəsmisi Emil Nahle ABŞ rəsmilərini Qasim Süleymaniyə qarşı sui-qəsd əməliyyatına münasibət bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, “Al Ahd” xəbər mərkəzinin məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi  – CİA-nın sabiq rəsmisi Emil Nahle ABŞ rəsmilərini Qasim Süleymaniyə qarşı sui-qəsd törətməsini sərt tənqid edib.

“İran doğru zamanda intiqam alacaq və Süleymaninin sui-qəsdindən sonra çökməyəcəkdir. İran xalqı hökümətin yanında cəm oldu və İranda sabitlik hökm sürür,  hələ də Qüds Gücü fəaliyyətlərinə davam edir.”, - Nahle əlavə edib.

Responsible Statecraft saytındakı məqaləsində Nahle Süleymani sui-qəsdini məntiqsiz addım olduğunu önə çəkərək bu hərəkətin uğursuz olacağını, ABŞ-a da xeyir verməyəcəyini yazıb.

Sabiq CİA rəsmisi sonra yazır: “ABŞ Konqresinin bəzi üzvləri Trampın əməliyyatını haqlı çıxarmaq üçün səsləndirdikləri iddialarda şübhəlidirlər. Bəzi Avropa ölkələri və Avropa xaricindəki ölkələr də Süleymani sui-qəsdinin bölgədə daga çox qarşıdurmaya yol aça biləcəyilə bağlı narahatlıqlarını dilə gətirdilər. Avropalılar Trampın nüvə anlaşmasından ayrılma tələbini rədd etdilər.”

 Nahle ABŞ və Yaxın Şərqi Süleymani sui-qəsdinin təhlükəli və istənməyən nəticələri mözusunda xəbərdar edib.

“Bu qarşıdurma, terrorizmin, İŞİD və Əl-Qaidə terror qruplaşmalarının və onlara bağlı olan kiçik qrupların geri qayıdacağına yol aça bilər və bölgədəki ABŞ güclərinə və Amerikalı mülki vətəndaşlara qarşı təhdidlərin səviyyəsini də artıracaqdır. Süleymani sui-qəsdi İranı diz üstə çökməyə məcbur edən deyil və İran və ya bölgədəki Qüds gücünün təsiri azalan deyil.”

 Sabiq CİA rəsmisi Süleymani sui-qəsdindən sonra İranın müttəfiqlərinin və ABŞ düşməni olan qrupların ABŞ güclərini və diplomatlarını əsas hədəf olaraq görəcəklərini qeyd edib.

 “İranın reaksiyası tez-bazar olmayacaq, əksinə səbrli, planlı və nəticələri hesablamaqla həyata keçiriləcək. ABŞ rəsmilərinin iddialarının əksinə Süleymani sui-qəsdi durumu dəyişdirməyəcək. Dəyişikliyə yol açanşey Trampın nüvə alnlaşmasına çəkilmə və İrana qarşı sanksiyalar tətbiq etməsi idi.”, -deyə CİA-nın sabiq rəsmisi Emil Nahle əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR