Sabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

Sabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

Sabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Az.rasthaber.com xəbər verir ki, səsvermə prosesi yerli vaxtla saat 08:00-da başlayacaq və 17:00-da sona çatacaq.
Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda mayın 14 keçirilən prezident seçkilərinin ilk turunda ən çox səs toplayan Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaq.
Xaricdə yaşayan seçicilər siyahısında qeydə alınmış təxminən 3,5 milyon seçici üçün 73 ölkədəki 151 nümayəndəlikdə 167 seçki məntəqəsi yaradılıb.
Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-də başa çatıb. Xaricdə səsvermə prosesi başa çatdıqdan sonra səslər təyyarələrlə Türkiyeyə gətirilib.
Qeyd edək ki, sərhəd-keçid məntəqələrində səsvermə prosesi sabah Türkiye vaxtı ilə saat 17.00-a qədər davam edəcək.

Xəbəri paylaş

VİDEOLAR