Rusiyanın Türkiyədəki səfiri təhdid edildi

Rusiyanın Türkiyədəki səfiri təhdid edildi

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxova qarşı təhdid mesajlarına görə səfirlik binasıvə ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb

Rasthaber Azərbaycan xəbər verir ki, İdlibdəki vəziyyətdən sonra Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxova qarşı təhdid mesajlarından sonra Ankaradakı səfirlik binasında təhlükəsizlik tədbirləri artırılıb.

Bu haqda TASS agentliyinə Rusiyanın Türkiyədəki Diplomatik Korpusunun media ataşesi İrina Qasimova bildirib.

“Bəli, həqiqətən vəziyyət son zamanlar gərginləşib. Buna görə, bizim xahişimizdən sonra Türkiyə höküməti əlavə təhlükəsizlik tədbirləri həyata keçiriblər.”, -deyə İrina Qasimova əlavə edib.

Qasimovanın bildirdiyinə görə, bəziləri sözlə təhdid edirlər “Səfir çölə çıxma, Ankara küçələrinə çıxma”.

“Biz anlayırıq ki, bunu yazan insanlar çətin ki, öldürməyə risk edələr. Onlar sadəcə bu yolla öz qəzəblərini soyudurlar. Ancaq buna baxmayaraq, bununla hesablaşmalıyıq.”, - media ataşesi bildirib.

Qeyd edək ki, 2016-cı ildə keçmiş polis işçisi Mövlud Altıntaş adlı şəxs Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu Müasir Mədəniyyət Mərkəzində silahlı hücum həyata keçirərək qətlə yetirmişdi. Sonradan rəsmi Ankara onun FETÖ üzvü olduğunu bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR