Rusiyanın Qərbi Zəngəzurdakı Baş Konsulluğunun diplomatları payızda gələcək

Rusiyanın Qərbi Zəngəzurdakı Baş Konsulluğunun diplomatları payızda gələcək

Bu ilin payızında Qərbi Zəngəzur vilayətindəki (ermənilər Sünik adlandırıb) Baş Konsulluğa Rusiya diplomatlarının birinci qrupu gələcək.

Az.Rasthaber.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü İdarəsi direktorunun müavini Sergey Paltov Qərbi Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyanla görüşdə bildirib.

Onun sözlərinə görə, diplomatlar əvvəlcə Baş Konsulluğun tam açılışı olmadan yerləşdiriləcək: “Bunun üçün Ermənistan və Rusiya XİN arasında müəyyən prosedura ehtiyac var. Nəzərə almaq lazımdır ki, Rusiyanın nümayəndə heyəti artıq diplomatların yerləşəcəyi Baş Konsulluğun binasına baxış keçirib”.

S.Paltov qeyd edib ki, Baş Konsulluğun açılması diplomatik heyətin iştirakında daha əhəmiyyətlidir: "Qərbi Zəngəzurda konsulluq xidmətinə ehtiyacı olan Rusiyanın mindən çox vətəndaşı işləyir".

Direktor müavini vurğulayıb ki, sərhədçilər funksiyaları daha geniş olacaq konsulluq əməkdaşlarının olmasının vacibliyini qeyd ediblər: “Bu, çox mühüm addımdır. Sisian və Gorusda sərhədçilərlə yanaşı, diplomatlarımızın, hərbçilərin, eləcə də Rusiya qurumlarının olması əlavə təhlükəsizlik şəbəkəsidir”.

S.Paltov deyib ki, onlar Gorus, Qafan, Sisian və Mehri də dalğalanacaq Rusiya bayrağı və bu istiqamətdə daha çox hərəkəti gördükdə bir daha düşünəcəklər.

Xəbəri paylaş

VİDEOLAR