Rusiyanın koronavirusa qarşı Sputnik V peyvəndinin qiyməti açıqlandı

Rusiyanın koronavirusa qarşı Sputnik V peyvəndinin qiyməti açıqlandı

Qeyd edək ki, “Sputnik V” iki dozadan ibarətdir.

Rasthaber Azərbaycan Rusiya  mediasına istinadən xəbər verir ki, Rusiyanın koronavirusa qarşı “Sputnik V” vaksininin qiyməti 1 doza üçün 10 dollardan da az təşkil edəcək.

Bu barədə Rusiya Birbaşa İnvestisiyal Fondunun (RBİF) başçısı Kirill Dmitriyev BMT Baş Assambleyasının xüsusi sessiyasında məlumat verib.

“Bizim vaksinimiz 1 doza üçün 10 dollardan ucuz olacaq ki, bu da, MRNT əsaslı bir sıra vaksinlərdən çox-çox ucuzdur”, – deyə o, qeyd edib.

Qeyd edək ki, “Sputnik V” iki dozadan ibarətdir.

Dmitriyevin sözlərinə görə, Rusiya tərəfi vaksinin bütün dünya üçün əlçatan olmasının üzərində fokuslanıb.

O deyib ki, “vaksin bütün ölkələrdə eyni qiymətlə satılacaq”.

Xəbəri paylaş

VİDEOLAR