Rusiyanın ikinci ən böyük bankı İranda nümayəndəliyini açır

Rusiyanın ikinci ən böyük bankı İranda nümayəndəliyini açır

İranın Sənaye, Mədən və Ticarət Nazirliyinə bağlı Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əli Rıza Peymanpak öz Twitter hesabında Rusiyanın ikinci ən böyük bankı olan VTB Bankın İranda nümayəndəliyini açdığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda birbaşa iştirak edən ilk Rusiya bankı olub.

Peymanpak mövzu ilə bağlı bu açıqlamaları verib:

"Ticarətin İnkişafı Təşkilatının davamlı səyləri nəticəsində Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda nümayəndəliyini açıb.

Bu, İranda birbaşa iştirakı olan ilk Rusiya bankıdır və onun valyuta gəlirlərinin bir hissəsini trast şəbəkəsindən bank şəbəkəsinə və ticarətin şəffaflığına köçürməkdə mühüm rol oynayacaq".

Qeyd edək ki, ABŞ başda olmaqla Qərb dövlətlərinin sanksiyaları altında olan İran və Rusiya ticarət və maliyyə əməkdaşlıqlarını artıraraq dolları bank əməliyyatlarından və ikitərəfli ticarətdən tədricən çıxarmağa çalışırlar.

Xəbəri paylaş

VİDEOLAR