Rusiyanın bu silahları ABŞ-ı qorxutdu

Rusiyanın bu silahları ABŞ-ı qorxutdu

Rusiyanın yeni sualtı qayıqları və qanadlı raketləri ABŞ üçün “ciddi problemdir”.

Rasthaber Azərbaycan az.shafaqna.com-a istinadən bildirir ki, bunu ABŞ HHQ general-leytenantı Qlen Van Hörk bildirib.

“Son 30 il ərzində bizim rəqiblərimiz və potensial düşmənlərimiz ABŞ-ın “durdurma” siyasətini necə həyata keçirməsinə, necə yarışmağımıza, münaqişələr zamanı özümü necə aparmağımıza nəzarət edib. Onların bizi izləyərək inkişaf etmək imkanı oldu, xüsusən də Rusiya və Çinin bütün sahələrdə inkişaf fürsəti oldu. Rusiya sualtı qayıqlar kimi strateji imkanlarını inkişaf etdirir, hazırda həmin sualtı qayıqları güdüb tapmaq ciddi problemdir”, – deyə o qeyd edib.

O əlavə edib ki, müasir sualtı qayıqlar Rusiyanın qanadlı raketlərinə ABŞ ərazilərini hədələmək imkanı verir və bu da “ciddi problemdir”.

Onun sözlərinəg görə, Çin də bu inkişaf yolu ilə gedir və onun silahlıq qüvvələrinin öz ölkələrindən kənarda fəaliyyət imkanları inkişaf edir.

Xatırladaq ki, ABŞ-da Qlen Van HörkABŞ Şimal Komandanlığının komandanı vəzifəsinə təyin edilməsi müzakirə edilib.

Xəbəri paylaş

VİDEOLAR