"Süleymaninin öldürülməsi sübut etdi ki, ABŞ-ın Yaxın Şərqdəki məqsədi heç də terrorizmlə mübarizə deyil"
Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Suriya parlamenti ilə əlaqə qrupunun koordinatoru Dmitri Sablin bildirib.
"General Qasım Süleymaninin öldürülməsi bir daha sübut edir ki, ABŞ-ın Yaxın Şərqdəki məqsədi heç də terrorizmlə mübarizə deyil. Süleymani İŞİD-ə, eyni zamanda İraq və Suriyada mövcud olan digər terrorçu qruplaşmalara qalib gəlməkdə az rol oynamayıb. ABŞ artıq dünya jandarmı rolu ilə barışmır, indi də dünya cəlladı olmaq fikrinə düşüb", - Sablin deyə qeyd edib.
Rusiyalı siyasətçinin sözlərinə görə, bu cür fəaliyyət qanunsuz qəsddən başqa bir şey deyil və regionda, eləcə də Suriyada vəziyyəti kəskin pisləşdirəcək.
"Əgər ABŞ Prezidenti fərdi, balaca, qalibiyyətli müharibə arzusundadırsa, qoy özündən əvvəlki prezidentlərin İraqdakı və Liviyadakı nəticələrinə nəzər salsın", - deputat deyib.
Sablin İran xalqına başsağlığı verərək, Süleymaninin ağıllı, ölkəsinə və müqəddəs amallara, döyüşçü sözünə sadiq qalan, döyüş meydanında həyatını itirən mərd adlandırıb.