Rusiya Federal Həbsxana Xidməti (FSIN) həbsdə olan dissident Aleksey Navalnının həbsxanada öldüyünü bildirib.
Az.rasthaber.com xəbər verir ki, FSIN-in verdiyi açıqlamada Navalnının səhhətinin pisləşdiyi və Yamalo-Nenets Muxtar Vilayətindəki 3 saylı həbsxanada huşunu itirdiyi bildirilib.
Açıqlamada bildirilib:
"Navalnıya edilən lazımi tibbi müdaxilələr müsbət nəticə verməyib. Həkimlər onun öldüyünü müəyyən ediblər. Ölümün səbəbi araşdırılır".
AA xəbərinə görə, Kremlin sözçüsü Dmitri Peskov mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Federal Həbsxana Xidmətinin Navalnının ölüm səbəblərini müəyyən qaydalar çərçivəsində araşdırdığını və bunun üçün hər hansı göstərişə ehtiyac olmadığını bildirən Peskov deyib:
"Həkimlər lazımi araşdırmaları aparacaq".