Rusiyadan Qasim Süleymani açıqlaması

Rusiyadan Qasim Süleymani açıqlaması

İraqda ABŞ-ın raket zərbəsi nəticəsində İran ordusunun generalı Qasım Süleymaninin ölməsi Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirəcək.

Rasthaber Azərbaycan “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) bildirib.

“ABŞ-ın Bağdad ətrafına endirdiyi raket zərbəsi nəticəsində Süleymaninin öldürülməsini bütün regionda gərginliyi artıracaq avantürist addım kimi dəyərləndiririk. Süleymani İranın milli mənafeyinə sədaqətlə xidmət edirdi. İran xalqına səmimi qəlbdən başsağlığı veririk”, - XİN-in açıqlamasında deyilir.

Xəbəri paylaş

VİDEOLAR