Rusiya İŞİD terror təşkilatının Əfqanıstanın şimalındakı müharibə xaosundan istifadə edə biləcəyindən narahatdır.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi təmsilçisi, Rusiya XİN-in 2-ci Asiya departamentinin direktoru Zamir Kabulov danışıb.
“Bizi İŞİD-çilərin Əfqanıstanın şimalındakı müharibə xaosundan istifadə edə biləcəyi narahat edir. Bu, bizim üçün olduqca mühüm məqamdır”, – deyə o, qeyd edib.
Kabulovun sözlərinə görə, son zamanlar Əfqanıstanın şimalında bir sıra əraziləri işğal edən “Taliban” terrorçuları İŞİD terrorçularının “barışmaz düşmənləridir”.
“Onlar onlara nifrət edirlər və əsir götürmürlər, onları məhv edirlər. Bizim qiymətləndirmələrimizə əsasən, şimalda 3-4 min İŞİD-çi var. Lakin şimal hökumət qüvvələrinin nəzarətində olanda onlar İŞİD-lə döyüşmürdülər. İŞİD özünü orada əla hiss edirdi, “taliblər” isə onları vururlar. Ona görə də “taliblərin” oradakı uğurları İŞİD-i əldən salır, İŞİD-i hücum üçün zəmindən və Mərkəzi Asiyaya qarşı diversiyalardan məhrum edir”, – deyə Kabulov bildirib.