Rusiyadakı miqrantlar yeni sənəd almalı olacaqlar

Rusiyadakı miqrantlar yeni sənəd almalı olacaqlar

Rusiya hakimiyyəti ölkə ərazisində uzun müddət qalmaq üçün bütün miqrantlara 10 il müddətinə vahid elektron sənəd almaq öhdəliyini qoyacaq.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Agentliyə əsasən, xarici vətəndaşın Rusiya Federasiyasında uzun müddətli qalma hüququ əldə etməsi üçün elektron məlumat daşıyıcısı olan vahid sənəd alması "mütləq şərtdir".

DİN nümayəndəsinin sözlərinə görə, elektron sənəddə sahibin haqqında qrafik və mətn formatlı məlumatlar saxlanılacaq. DİN yeni sənədin nə vaxt tətbiq olunacağını dəqiqləşdirməyib. Hazırda müvafiq normativ aktlarin işlənilib hazırlandığı bildirilir.

Aprelin 16-da Rusiya MDB ölkələrindən olan 1 milyondan çox "qanunsuz miqrantın" 15 iyuna kimi Rusiyadan çıxmasını tələb edib. Bu barədə bəyanatla MDB Parlamentlərarası Assambleyasında Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi çıxış edib.

Lakin aprelin 21-də DİN miqrantların ölkədə qalma müddətinin uzadılacağını vəd edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiyada Azərbaycandan olan 120 min "qanunsuz miqrant" qalır. 2020-ci ildə Rusiyadakı miqrantların ümumi sayı 6 milyona yaxın olub.

Xəbəri paylaş

VİDEOLAR