Rusiyada "YouTube" platformasına giriş məhdudlaşdırılıb.
Kremlin sözçüsü Dmitri Peskov isə məsələ ilə bağlı açıqlamasında, "Heç nə deyə bilmərəm. Telefon normal işləyir, hər şey yüklənir",- deyə bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya parlamentinin aşağı palatası olan Dumanın İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Hinstein iyulun 26-da verdiyi açıqlamada Rusiyaya münasibətinə görə “YouTube”un sürətinin 70 faiz azalacağını bildirmişdi.
Rusiyada daha əvvəl də "Facebook","X" və "Instagram" kimi saytlara giriş bloklanıb.