Rusiyada uşaqlı ailələrə üç ay boyunca əlavə pul veriləcək və...

Rusiyada uşaqlı ailələrə üç ay boyunca əlavə pul veriləcək  və...

Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirus epidemiyası yayılması fonunda ölkə vətəndaşlarına canlı yayımda müraciət edib.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən bildirir ki, Prezident qeyd edib ki, dövlət virusu qabaqlamalıdır və əsas məqsəd vətəndaşların həyatı və sağlamlığının qorunmasıdır.

Ölkədə koronavirus epidemiyasının mümkün zərərlərinin qarşısını almaq üçün o, uşaqlı ailələrə dəstək məqsədilə yardım almaq hüququ olan analara yaxın 3 ay ərzində 3 yaşına qədər hər uşaq üçün 5 min rubl verilməsini təklif edib.

Rusiya liderinin təklifləri sırasında aşağıdakılar yer alır:

Konstitusiyaya dəyişikliklər üzrə səsvermənin vaxtı dəyişdiriləcək. Yeni gün mütəxəssislərlə müzakirələrdən sonra elan olunacaq.  

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə gələn həftə işçilərin maaşının saxlanılması şərtilə ölkədə qeyri-iş həftəsi elan edilir.

Yaxın yarım il ərzində bütün sosial ödənişlər və güzəştlər heç bir arayış təqdim edilmədən qorunub-saxlanaraq ödəniləcək.

Qələbənin 75 illiyi ilə əlaqədar bütün veteranlara və arxa cəbhə zəhmətkeşlərinə ödənilməli vəsaitlər mayın 9-dək gerçəkləşdirilməlidir.  

Xəstəxana arayışları üzrə ödənişlər norma üzrə, ancaq bir aylıq minimal əməkhaqqından az olmayaraq ödənilməlidir.  

İşsizlik üzrə müavinət aylıq minimal əməkhaqqına bərabər götürülməlidir.

Aylıq gəlirin 30%-nin itirildiyi halda vətəndaşa itehlak və ipoteka kreditləri üzrə tətil təqdim olunmalıdır.

Kiçik və orta biznesə ƏDV istisna olunmaqla vergilərin və sığorta haqlarının ödənilməsi üçün yarım illik vaxt tanınmalıdır.

Prezident hökumət və Mərkəzi Bankdan iqtisadiyyatın real sektorunun dayanıqlı inkişafı üçün əlavə tədbirlər işlənib hazırlanmasını xahiş edib.

Çətin situasiyada olan müəssisələrə iflas üçün 6 aylıq moratorium qoyulsun.

Ölkədən xaricə çıxan bütün gəlir və faizlərə 15%-lik rüsum tətbiq edilsin.

Bank depozitlərinə olan rüsum faizi 13% stavka üzrə təyin edilsin.

Rusiya Prezidenti Vladimir Putin həmçinin ölkədə 1 həftəlik tətil elan olunması ilə bağlı həm istehlak, həm də ipoteka kreditləri üzrə borcların qaytarılmasını dondurmağı təklif edib.

Onun sözlərinə görə, işləməyən insan üçün kreditləri ödəmək ağlabatan deyil: "Ona görə də  kredit borclarının ödənilməsində tətil elan edilməsini vacib bilirəm". 

Həmçinin dövlət başçısı koronavirusla bağlı situasiya səbəbindən işini itirənlərə dəstək göstərilməsini xahiş edib. O qeyd edib ki, kiçik və orta biznesə iş yerlərinin saxlanılmasında köməklik göstərmək lazımdır. 

Qeyd edək ki, bu günə olan məlumatlara görə, COVID-19 virusuna Rusiyada 658 nəfər (onlardan 410-u Moskvadadır) yoluxub. 29 nəfər sağalıb, 122 min nəfər həkim nəzarətindədir.

ÜST-ün məlumatına görə, bütün dünyada 370 mindən çox adam yoluxub, 16 min nəfər ölüb.

Xəbəri paylaş

VİDEOLAR