Rusiyada ukraynalı məhbusları daşıyan təyyarə qəzaya uğrayıb

Rusiyada ukraynalı məhbusları daşıyan təyyarə qəzaya uğrayıb

Rusiya Müdafiə Nazirliyi 65-i ukraynalı əsir olmaqla ümumilikdə 74 nəfərin olduğu İl-76 tipli təyyarənin Belqorod vilayətində qəzaya uğradığını açıqlayıb. Qəza nəticəsində azı 65 nəfər həlak olub.

Az.rasthaber.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi 74 nəfərin olduğu Rusiya hərbi təyyarəsinin Belqorod vilayətində qəzaya uğradığını açıqlayıb. Təyyarədə 65 ukraynalı hərbi əsir, həmçinin 6 ekipaj üzvü və 3 sərnişinin olduğu bildirilərkən, ən azı 65 nəfərin öldüyü öyrənilib.

Rusiya Müdafiə Nazirliyinə əsaslanan xəbərlərdə qəzaya uğrayan təyyarədə ən azı 65 Ukraynalı əsir əsgərin həyatını itirdiyi barədə məlumat yer alıb. Belqorod qubernatoru Vyaçeslav Qladkov araşdırma aparmaq üçün hadisə yerinə gedəcəyini və ərazidə təcili yardım qruplarının işlədiyini bildirib. İl-76 hərbi yük təyyarəsinin qəzaya uğramasının səbəbi ilə bağlı rəsmi məlumat paylaşılmayıb.

Xəbəri paylaş

VİDEOLAR