Ufa şəhərinsə terror aktının qarşısı alındı
Rasthaber Azərbaycan RT-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Bürosunun (FTB) əməkdaşları Ufa şəhərində terror aktının qarşısını alıblar.
“Həyat Təhrir əş-Şam” terror təşkilatının tərəfdarı saxlanılıb.
O, hüquq-mühafizə orqanlarının obyektində partlayış törətməyi planlaşdırırdı.
Terrorçunun kirayələdiyi evdən hazır vəziyyətdə olan kustar partlayıcı qurğu və daha bir bombanın hazırlanması üçün olan komponentlər müsadirə edilib.
Qeyd edək ki, “Həyat Təhrir əş-Şam” terror təşkilatının əvvəlki adı “Nusra Cəbhəsi”-dir.