Rusiyada terror aktının qarşısı alındı

Rusiyada terror aktının qarşısı alındı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Xabarovskda terror aktının qarşısını alıb.

 Bu barədə Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir.

Məlumata əsasən xüsusi xidmət orqanlarının əməkdaşları Mərkəzi Asiya ölkələrindən birinin 32 yaşlı vətəndaşını saxlayıb. İstintaqın versiyasına əsasən o, beynəlxalq terrorçuların rəhbərlərindən göstəriş alıb.

Saxlanılan şəxsin üzərindən içərisində yandırıcı maddə olan şüşə qab, soyuq silah və beynəlxalq terror təşkilatının bayrağı müsadirə olunub. Onun telefonunda terrorçuların rəhbərlərinə sadiqlikdə and içməsinə dair görüntülər və planlaşdırılan cinayətə dair yazışmalar aşkarlanıb.

Xəbəri paylaş

VİDEOLAR