Rusiyada qətlə yetirdiyi terrorçuların sayını açıqladı

Rusiyada qətlə yetirdiyi terrorçuların sayını açıqladı

Rusiyanın indiyədək Suriyada keçirdiyi hərbi əməliyyatlar zamanı 133 mindən çox terrorçu məhv edilib.

Rasthaber Rusiya mediasına istinadən xəbər verir ki,  bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib.

“Cinayətkar dəstələrin 865 başçısı və 133 mindən çox terrorçu məhv edilib”, – deyə o bildirib.

Rusiyalı nazir əlavə edib ki, məhv edilən terrorçular arasında 4,5 min Rusiya və MDB-dən olan terrorçular da var.

Onun sözlərinə görə, hava və qanadlı raket zərbələri nəticəsində terrorçulara məxsus ümumilikdə 133 542 obyekt, o cümlədən də 400 qeyri-qanuni neft emalı zavodu və 4100 yanacaq daşıyan maşın məhv edilib.

Şoyqu deyib ki, Rusiya prezidenti Vladimir Putinin 5 il öncə tapşırdığı vəzifə tam şəkildə yerinə yetirilib.

Bundan başqa, o, İŞİD terror təşkilatının Suriyadakı mövcudiyyətinə son qoyulduğunu və bir nəfər belə terrorçunun Rusiyaya soxulmadığını da qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR