Rusiyada qismən səfərbərlik elan edildi

Rusiyada qismən səfərbərlik elan edildi

Rusiyada qismən səfərbərlik elan olunub.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün səhər saatlarında xalqa müraciətində bildirib.

O, Rusiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik elan olunması ilə bağlı təklifini qəbul etdiyini qeyd edib.

“Təkrar edirəm. Burada söhbət qismən səfərbərlikdən gedir. Yəni ki, hərbi xidmətə ancaq hazırda ehtiyatda olanlar çağırılacaq. İlk növbədə Silahlı Qüvvələrdə xidmət edənlər, xüsusi hərbi ixtisasa malik olanlar çağırılacaq”, - Rusiya Prezidenti vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR