Rusiyada partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb

Rusiyada partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb

Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həyatını itirənlərin sayı 27-yə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, Dağıstan Muxtar Respublikasının prezidenti Sergey Melikov bəyan edib ki, ötən gecə Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların müalicəsi davam edir.

Partlayışda ölənlərin sayının 27-yə, yaralıların sayının isə 102-yə yüksəldiyini qeyd edən Məlikov deyib:

“Faciənin səbəbləri aydınlaşdırılır. Hüquq-mühafizə orqanları yoxlama aparır, onun nəticələri ədaləti və dağıstanlıların təhlükəsizliyini təmin edəcək.".

Dağıstan İstintaq Komitəsi də hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR