Rusiyada ölüm hökmü bərpa oluna bilər.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini tutan Dmitri Medvedev bildirib.
Ölkəsinin Avropa Şurasındakı üzvlüyünün dayandırılması haqqında danışan Medvedev qeyd edib ki, bu, ölkədə xüsusilə ağır cinayətlərin qarşısının alınmasından ötrü bir sıra mühüm institutların bərpası üçün yaxşı fürsətdir: “ABŞ və Çində aktiv şəkildə tətbiq olunan ən təhlükəli cinayətkarlar üçün ölüm cəzası kimi...”
Medvedevin ölüm hökmünün bərpa olunmasının mümkünlüyü ilə bağlı açıqlamasına Federasiya Şurasının Konstitusiya komitəsinin sədri Andrey Klişas münasibət bildirib. O, ölüm cəzasına moratoriumun Konstitusiya Məhkəməsi tərəfindən qoyulduğunu söyləyib.
“Mən öz mövqeyimi dəfələrlə bildirmişəm. Bu mövqe dəyişməyib”, - o deyib.