Rusiyada İŞİD terrorçusu belə tutuldu - VİDEO

Rusiyada İŞİD terrorçusu belə tutuldu - VİDEO

Rusiyada anti-terror əməliyyatı keçirilib.

Rasthaber Azərbaycan shafaqna.com-a istinadən xəbər verir ki, Rusiyanın Astraxan şəhərində Federal Təhlükəsizlik Xidməti xüsusi əməliyyat keçirərək terror aktı törətməyi planlaşdıran şəxsi saxlayıb.

Terror aktı törətmək istəyən şəxsin evinə qarşı əməliyyatın video Federal Təhlükəsizlik Xidməti tərəfindən yayılıb.

Videoda evə daxil olan FTX əməkdaşları terrorçuluqda ittiham olunan şəxsdən tapanca, qumbara və dini ədəbiyyat müsadirə ediblər.

Məlumata görə, o Suriyaya gedərək İŞİD terror qruplaşmasına qatılmaq istəyirmiş.

Oxşar əməliyyat Krımda da həyata keçirilib. “Hizbut Təhrir” terror qruplaşmasına bağlı 2 nəfərin saxlanıldığı qeyd edilir.

Hər üç saxlanılanların adları mediaya açıqlanmayıb.

Xəbəri paylaş

VİDEOLAR