Rusiyada İŞİD-ə qarşı əməliyyat: Terrorçular məhv edildilər

Rusiyada İŞİD-ə qarşı əməliyyat: Terrorçular məhv edildilər

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat verib.

Rasthaber Azərbaycan “İnterfaks”-a istinadən xəbər verir ki, Rusiyanın Tumen vilayətində İŞİD terror təşkilatının qanadı aşkarlanıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat verib.

İŞİD tərəfdarlarından ibarət dəstə üzvləri Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşları olublar.

Terrorçular xarici emissarların göstərişləri ilə insanları kütləvi toplaşdığı yerlərdə terror aktları törətməyi planlaşdırırdılar.

Bu gün gecə saatlarında dəstənin başçısı və onun cinayət yoldaşı terror vasitəsini saxladıqları gizli yerdən çıxarmağa çalışarkən onlara qarşı saxlanılma əməliyyatı keçirilib. Terrorçular silah müqavimət göstəriblər. Nəticədə hər iki terrorçu məhv edilib.

Bildirilib ki, xüsusi əməliyyat zamanı mülki əhalidən və hüquq-mühafizə əməkdaşlarından heç kim xəsarət almayıb.

Hadisə yerində və canilərin yaşayış yerindəki axtarış zamanı istifadəyə hazır vəziyyətdə olan kustar üsulla hazırlanmış partlayıcı qurğu, odlu silah və döyüş sursatları, həmçinin rabitə vasitələri və müxtəlif ədəbiyyatlar aşkar edilərək müsadirə edilib.

Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.

FTX məhv edilən terrorçuların kimliklərini açıqlamayıb, həmçinin xüsusi əməliyyatla bağlı ətraflı məlumat verməyib.

Xəbəri paylaş

VİDEOLAR