Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatının tərəfdarlarını həbs edib.
Rasthaber Azərbaycan bildirir ki, saxlanılan şəxslər Mərkəzi Asiya respublikalarındandırlar. Onlar hərbi qulluqçular və hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetirərək Yaxın Şərq regionuna qaçmağa hazırlaşırdılar.
Əməliyyat FTX və Rusiya DİN ilə birlikdə keçirilib.
Tutulan şəxslər həmçinin İŞİD terror təşkilatına pul yardımları da ediblər.