Rusiyada hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var

Rusiyada hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var

Krasnodar diyarında "Mİ-28" hərbi vertolyotu qəzaya uğrayıb.

Rusiyanın Krasnodar diyarında "Mİ-28" hərbi vertolyotu qəzaya uğrayıb.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki,  vertolyotun iki nəfərdən ibarət heyəti həlak olub.

Agentliyin müsahibi bildirib ki, vertolyotun düşdüyü məkan aşkar olunub. Hərbi maşın tamamilə dağılıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Mİ-28" plan üzrə sutkanın qaranlıq vaxtı təlim-məşq uçuşunu yerinə yetirərkən çətin hava şəraitində Korenovsk aerodromunun yanında qəzaya uğrayıb.

Uçuş zamanı vertolyotda döyüş mərmiləri olmayıb, yer üzərində dağıntılar yoxdur. 

Hadisə yerinə səbəblərin araşdırılması üçün komissiya göndərilib.

Xəbəri paylaş

VİDEOLAR