Yanğının söndürülməsi prosesinə 14 insan və 5 ədəd texnika cəlb edilib.
Rasthaber Azərbaycan Az.shafaqna.com-a istinadən xəbər verir ki, ildırım çaxması nəticəsində Rusiyanın Voloqda vilayətinin Kiçmenqski Qorodok kəndində yerləşən kilsənin damı yanıb.
Qeyd edilir ki, hadisə yerli vaxtla 17:00 radələrində baş verib. Hadisə anında kilsədə heç kəs olmayıb. 19:00 radələrində yanğın söndürülüb. Xəsarət alan olmayıb.
Yanğının söndürülməsi prosesinə 14 insan və 5 ədəd texnika cəlb edilib.
Bu, artıq iyul ərzində baş verən 2-ci oxşar hadisədir. 4 iyulda da Tomsk vilayətində ildırım çaxması nəticəsində XIX əsrə aid taxtadan olan kilsə yanıb. Yanğın söndürənlərin cəhdlərinə baxmayaraq, kilsə tamamilə yanıb.