Rusiyada da koronavirusa görə məktəblər bağlandı

Rusiyada da koronavirusa görə məktəblər bağlandı

Məlumata əsasən, tətil martın 23-ü başlayıb, aprelin 12-də bitəcək.

Rusiya məktəblərində koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 3 həftəlik tətil elan olunub.

Rasthaber Azərbaycan “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiyanın Təhsil naziri Sergey Kravtsov bildirib.

Məlumata əsasən, tətil martın 23-ü başlayıb, aprelin 12-də bitəcək.

“Məktəblilər üçün distant təhsil təşkil olunacaq”, – deyə nazir bildirib.

Moskvada olan məktəblilər isə martin 21-dən tətilə çıxacaq. Qeyd edək ki, ən son məlumatlara görə, Rusiyada 114 koronavirusa yoluxma halı qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR