Rusiyada baş verən yanğında 10 nəfər öldü

Rusiyada baş verən yanğında 10 nəfər öldü

Rusiyanın Krasnogorsk şəhərində hospisdə baş verən yanğında 10 nəfər ölüb.

Trend -in məlumatına görə, bu barədə ölkənin təcili yardım xidmətləri bildiriblər.

Bildirilib ki, onların hamısı yanma məhsullarından zəhərləniblər.

Moskva vilayətinin İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin müstəntiqləri və məhkəmə ekspertləri yanğın baş verən yerə yollanıblar.

Ümumilikdə, yanğın zamanı hospisdə 37 nəfər olub, onlardan 8 nəfəri heyət idi. Yanğınsöndürənlər 17 nəfəri binadan çıxara biliblər. 20 nəfər sərbəst binanı tərk ediblər.

Xəbəri paylaş

VİDEOLAR