Rusiya XİN və HƏMAS arasında görüş baş tutdu

Rusiya XİN və HƏMAS arasında görüş baş tutdu

Bu barədə Rusiya XİN-dən məlumat verilib.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Moskvada Rusiya XİN başçısının müavini Mixail Boqdanov və Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun üzvü Musa Əbu-Mərzuk arasında görüş baş tutub.

Danışıqlar zamanı İsrail rejiminin blokadası altında saxlanılan Qəzza sektoru və işğal altında İordan çayının Qərb sahilindəki vəziyyətə toxunulub.

Onlar Fələstin Azadlıq Təşkilatının əsasında Fələstin milli birliyinin əldə edilməsi məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Rusiya tərəfi Moskvada HƏMAS, FƏTH və Fələstinin digər siyasi qüvvələri arasında yeni birləşdirici görüş təşkil etməyə hazır olduğunu bəyan edib.

Boqdanov İsrail rejiminin Fələstin torpaqlarını yəhudiləşdirmə, fələstinlilərə aid vətəndaş infrastrukturunu dağıtmaq kimi addımlarını birtərəfli adlandırıb və bunun gərginliyi artdığını qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR