Rusiya xəbərdarlıq etdi: ABŞ Polşaya nüvə silahı yerləşdirərsə…

Rusiya xəbərdarlıq etdi: ABŞ Polşaya nüvə silahı yerləşdirərsə…

Rusiya hərbçiləri ABŞ-ın Polşa ərazisində nüvə silahının yerləşdirilməsi halında lazımi tədbirləri görəcək.

Az.rasthaber.com “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışı zamanı qeyd edib.

“Hərbçilər, əlbəttə ki, belə planların həyata keçiriləcəyi təqdirdə vəziyyəti təhlil edəcək və hər halda təhlükəsizliyimizi təmin etmək üçün bütün zəruri cavab addımlarını atacaqlar” – Peskov Polşa prezidentinin sözlərinə cavab olaraq vurğulayıb.

Xatırladaq ki, bu yaxınlarda Polşa Prezidenti Anjey Duda “Fakt” qəzetinə müsahibəsində ABŞ-ın nüvə silahlarını Polşada yerləşdirməyə hazır olduğunu bəyan edib. O, bu sözləri Polşanın Şimali Atlantika alyansında ABŞ-ın müttəfiqi olması və blokun şərq cinahının “təhlükəsizliyini gücləndirmək” üçün ümumi siyasət həyata keçirməsi ilə izah edib.

Xəbəri paylaş

VİDEOLAR