İttifaq Dövlətinin üzvü olan Belarusa qarşı təcavüzə cavab olaraq nüvə silahından istifadə edilə bilər.
Az.rasthaber.com "Sputnik"-ə istinadən xəbər verir ki, bnu Rusiyanın müdafiə naziri Andrey Belousov bəyan edib.
"Hərbi-siyasi vəziyyətdəki dəyişikliklər Rusiya Federasiyasının nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını aydınlaşdırmaq və onu yeni reallıqlara uyğunlaşdırmağı zərurətə çevirib" - qeyd edilib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə münaqişədə nüvə doktrinasından istifadənin mümkün olduğuna aydınlıq gətirib.