Şoçidә әldә olunan razılaşmaya çәrçivәsindә Türkiyә vә Rusiya hәrbçilәri Fәrat çayının şәrqindә 15-ci birgә patrul xidmәtini hәyata keçirib.
Rasthaber Azərbaycan "Trt"yə istinadən xəbər verir ki, bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.
Patrulda Türkiyәnin dörd vә Rusiyanın dörd zirәhli avtomobillәri iştirak edib.
Mәlumata görә, Türkiyә Silahlı Qüvvәlәri vә Rusiya Silahlı Qüvvәlәri Kamışlı-Rasulayn bölgәsindә birgә patrul xidmәtini hәyata keçirib.
Bu, Türkiyə-Suriya sərhəd xətti boyunca həyata keçirilən 15-ci birgə patruldur.
Xatırladaq ki, Türkiyә vә Rusiya hәrbçilәri birinci birgә patrul xidmәtini noyabrın birindә hәyata keçirmişdi.