Rusiya və Türkiyə Liviyanı müzakirə etdi: Razılıq oldumu?

Rusiya və Türkiyə Liviyanı müzakirə etdi: Razılıq oldumu?

Rusiya və Türkiyə rəsmiləri arasında 15 və 16 sentyabrda Ankarada danışıqlar olub.

Rasthaber Azərbaycan “CNN Turk”-a istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə və Rusiya arasında Ankarada baş tutan son görüş zamanı Liviyada atəşkəs və siyasi prosesə dair razılığa yaxınlaşıblar.

“Bizim və Rusiyanın nümayəndə heyətləri Suriyanı, bu gün (red 16 sentyabr) isə Liviyanı müzakirə etdilər. Mən deyərdim ki, bu görüş məhsuldar keçdi. Rusiya ilə məqsədimiz Liviyada barışıqdır. Biz Liviyadakı atəşkəsin parametrlərinə dair razılığa yaxınlaşmışıq”, – deyə o bildirib.

Xatırladaq ki, Rusiya və Türkiyə rəsmiləri arasında 15 və 16 sentyabrda Ankarada danışıqlar olub.

Xəbəri paylaş

VİDEOLAR