Rusiya və Tacikistanın hərbi kontingentləri Tacikistanın Xatlon vilayətində, Əfqanıstanla sərhəddə yerləşən Harb-Maydon dağ-səhra poliqonunda birgə hərbi təlimlərə başlayıb.
Qeyd edilir ki, praktiki fəaliyyət mərhələlərində Rusiya və Tacikistanın hərbi kontingentləri dağlıq ərazilərdə qeyri-qanuni silahlı birləşmələrin məhv edilməsi üzrə birgə əməliyyatın hazırlanmasını, eləcə də qeyri-qanuni silahlı birləşmələrin qarşısının alınması və məhv edilməsini həyata keçirəcəklər.
Rusiya hərbi kontingentinin əsasını ümumi sayı 300 nəfərdən çox olan 201-ci hərbi bazanın bölmələri təşkil edir.
Təlimlər aprelin 7-dək davam edəcək.
Tacikistanda yerləşən 201-ci hərbi baza Rusiyanın sərhədlərindən kənarda yerləşən ən böyük hərbi obyektidir.