Rusiya və Misir Qara dənizdə birgə təlim keçəcəklər

Rusiya və Misir Qara dənizdə birgə təlim keçəcəklər

Rusiya Hərbi Dəniz Donanması (HDD) və Misir Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmi dəstələri 21 noyabrda Qara dənizdə birgə təlim keçirməyi planlaşdırır.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, Təlim “Dostluq körpüsü – 2020” adlanır.

Bu barədə Rusiyanın Qara dəniz donanmasının mətbuat xidməti məlumat verib.

“Gəmilərin dənizə çıxışı mövcud fırtına xəbərdarlıqları ilə bağlı 21 noyabra planlaşdırılıb”, - deyə qeyd edilib.

Rusiya və Misir dalğıcları təlimlərdə iştirak edəcək gəmilərin təlimlərdən öncə korpuslarının yoxlama baxışına başlayıblar.

“Dalğıc mütəxəssisləri Rusiya HDD və Misir HDQ arasındakı ikitərəfli razılıqlara əsasən, diversiya əleyhinə tədbirləri məşq edirlər”, - deyə bildirilib.

Təlimlərdə hər iki ölkəyə məxsus müxtəlif gəmilər iştirak edəcək.

Xəbəri paylaş

VİDEOLAR