Rusiya və Misir prezidentləri Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
Az.rasthaber.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
Kremldən verilən məlumata görə, Vladimir Putin və Əbdülfəttah əs-Sisi arasında telefon danışığı olub.
İsrail-Fələstin münaqişəsi zonasındakı vəziyyətin müzakirə edildiyi telefon danışığı zamanı tərəflər minlərlə uşaq və qadın da daxil olmaqla, görünməmiş mülki itkilərə görə narahatlıqlarını ifadə ediblər.
Tərəflər həmçinin hücumların ən qısa zamanda dayandırılması, girovların azad edilməsi və Qəzzada dinc əhaliyə humanitar yardımların çatdırılmasının əhəmiyyətini vurğulayıblar.
Vladimir Putin Rusiya vətəndaşlarının Qəzza zolağından təxliyəsi zamanı verdikləri dəstəyə görə Əbdülfəttah əs-Sisiyə təşəkkür edib.