Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığında beynəlxalq mövzuları, o cümlədən Transqafqazdakı vəziyyət və Suriyada nizamlanmanı müzakirə edib.
Az.Rasthaber.com xəbər verir ki, bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadla məlumat yayıb.
“Ticarət, energetika və nəqliyyat sahələrində mövcud sazişlərin praktiki icrası vurğulanmaqla, qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib. Həmçinin beynəlxalq gündəmdə olan bəzi məsələlərə, o cümlədən Zaqafqaziyadasabitliyin təmin edilməsi və Suriya nizamlanmasına da toxunulub”, - deyə məlumatda bildirilir.