Rusiya və İran prezidentləri arasında telefon danışığı olub

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Tərəflər Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib.

Birgə infrastruktur layihələrinin həyata keçirilməsi də daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Xəbəri paylaş

VİDEOLAR