Rusiya və Gürcüstan hava yolunun açılmasını müzakirə ediblər

Rusiya və Gürcüstan hava yolunun açılmasını müzakirə ediblər

Bu barədə Rusiya XİN məlumat verib.

Rasthaber Azərbaycan RT-a istinadən xəbər verir ki, Rusiya və Gürcüstan rəsmiləri iki ölkə arasında hava nəqliyyatının bərpası perspektivlərini müzakirə ediblər.

Bu barədə Rusiya XİN məlumat verib.

Rusiyalı senator Qriqori Karasin Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze ilə onlayn görüş keçirib. Görüşdə hər iki dövlətin XİN və Nəqliyyat Nazirliyinin təmsilçiləri də iştirak edib.

“Ötən ilin iyul ayındakı Gürcüstana hava sərnişin daşınmasına qoyulan müvəqqəti qadağa da nəzərə alınmaqla, iki ölkə arasındakı hava nəqliyyatının bərpası perspektivlərinə toxunulub”, – deyə qeyd edilib.

Moskva bunun üçün öz şərtlərini xatırladıb: Gürcüstanda anti-Rusiya təzahürlərinin dayandırılması və rusiyalılar təhlükəsizliyi üçün təhlükələrin aradan aparılması.

Bundan başqa, hər iki ölkədə sanitar-epidemioloji vəziyyət normallaşdırılmalıdır.

Xəbəri paylaş

VİDEOLAR